Modern.az

“Qarabağ” daha bir transfer reallaşdırdı

“Qarabağ” daha bir transfer reallaşdırdı

7 İyul 2023, 13:54

Mövsümlərarası fasilədə Hamidu Keyta və Juninyo ilə müqavilə bağlayan “Qarabağ” daha bir transferi reallaşdırıb.

 

Modern.az Sport24.az-a istinadən məlumat verir ki, Ağdam klubu belçikalı vinger Ceyson Lokilo ilə anlaşıb.

 

25 yaşlı futbolçu həm yarımmüdafiənin sağ cinahında, həm də hücumda çıxış edir. Konqo U-17-nin sabiq üzvünün son klubu Roterdam “Sparta”sı olub. Ceyson karyerası ərzində “Donasktr”, “Loryan”, “Qurnik”, ”İstanbulspor” kimi klubların şərəfini qoruyub.

 

Qeyd edək ki, Brüsseldə anadan olan Lokilo “Qarabağ”a azad agent kimi qoşulub. Məşhur transfermarkt.com portalı belçikalının transfer dəyərini 700 min avro göstərib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?