Nigeriyada avtobusun yük maşını ilə toqquşması nəticəsində azı 20 nəfər ölüb.
Modern.az xəbər verir ki, qəza bazar günü Laqos-Badaqri avtomobil yolunda baş verib.
Məlumata görə, avtobus sürücüsü ötmə əməliyyatı həyata keçirərkən idarəetməni itirərək yük maşınına çırpılıb. Laqos ştatının nəqliyyata nəzarət direktoru qəza zamanı 20 nəfərin öldüyünü təsdiqləyib.