Modern.az

Şahin Mustafayev Çin səfirilə danışıqlar apardı

Şahin Mustafayev Çin səfirilə danışıqlar apardı

11 İyul 2023, 12:42

Baş nazirin müavini Şahin Mustafayev iyulun 11-də Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Quo Min ilə görüşüb.

 

Nazirlər Kabinetindən Modern.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında müxtəlif istiqamətlərdə əlaqələrin inkişafından məmnunluq ifadə olunub, iqtisadi-ticari, enerji, nəqliyyat-tranzit, investisiya, informasiya-kommunikasiya texnologiyaları, humanitar, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Həmçinin görüşdə Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının növbəti iclasının cari ilin sonunadək Çində keçirilməsi ilə bağlı razılıq əldə olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?