Modern.az

Türkiyədə hərbçilər qəzaya düşdü - Bir şəhid, 12 yaralı var

Türkiyədə hərbçilər qəzaya düşdü - Bir şəhid, 12 yaralı var

11 İyul 2023, 16:22

Türkiyənin Van bölgəsinin Gürpınar rayonunda hərbçiləri daşıyan avtobus qəza törədib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 1 hərbçi şəhid olub, daha 12 əsgər yaralanıb.

 

Qəza yerinə xilasedicilər və təcili tibbi yardım maşınları cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?