Modern.az

Sabiq bələdiyyə sədri məhkəmə zalından həbs edildi

Sabiq bələdiyyə sədri məhkəmə zalından həbs edildi

11 İyul 2023, 17:52

Səbail bələdiyyəsinin sabiq sədri Əhməd Hüseynovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

 

Prokuror Əhməd Hüseynovun verilmiş ittihamlarla təqsirli bilinməsini, Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddindən aşağı) maddəsi tətbiq edilərək 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Çıxışda qeyd edilib ki, təqsirləndirən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunmalı, məhkəmə iclas zalında həbs edilməlidir.

 

Qeyd edək ki, Əhməd Hüseynov qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət və bələdiyyəyə məxsus, ümumilikdə 1 milyon 824 min manat dəyərində torpaq sahələrini ələ keçirməyə cəhd etməkdə, habelə rəsmi sənədləri saxtalaşdırmaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 29.178.4-cü (xüsusilə külli miqdarda dələduzluğa cəhd), 309.1-ci (vəzifə səlahiyyətlərini aşma), 313-cü (vəzifə saxtakarlığı), 320.1-ci (saxta sənəd hazırlama və ya ondan istifadə etmə) və 326.1-ci (rəsmi sənədləri, ştampları, möhürləri talama və ya məhv etmə) maddələri ilə ittiham irəli sürülüb, barəsində ibtidai və məhkəmə istintaqı dövründə başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?