"Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) texniki səbəbdən gecikmiş J2 75 reysinin sərnişinləri digər təyyarə ilə saat 13:46-da Heydər Əliyev Beynəlxalq Aeroportundan İstanbula uğurla yola düşüblər.
AZAL-dan Modern.az-a verilən məlumata görə, Həmçinin İstanbul-Bakı marşrutu üzrə gecikmiş reysin uçuşu Bakı vaxtı ilə saat 16:50 həyata keçiriləcək.
***
11:44
"Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-İstanbul marşrutu üzrə həyata keçiriləcək J2 75 reysi texniki səbəbdən gecikir.
Modern.az-a bu barədə AZAL-a istinadən xəbər verir.
Məlumata görə, sərnişinlər yaxın zamanda digər təyyarə ilə yola düşəcəklər.
Əlavə suallar üçün aviaşirkətin çağrı mərkəzinə [email protected] elektron poçtu vasitəsilə müraciət etmək olar.