Modern.az

Ötən gün 72 yanğın olub - FHN

Ötən gün 72 yanğın olub - FHN

Aktual

15 İyul 2023, 12:48

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 72 halda yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma və 1 nəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

 

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

 

Nazirliyin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində qəza-xilasetmə əməliyyatları zamanı 3 nəfər, o cümlədən Sabunçu rayonunun Qızılqum çimərliyi ərazisində dənizdə batma təhlükəsində olan 1974-cü il təvəllüdlü qadın xilas edilib.

 

Yanğınlar zamanı iki nəfər xəsarət alıb. Həmçinin Qəbələ rayonunun Nohurqışlaq kəndində “ВАЗ” markalı iki minik avtomobilinin toqquşması nəticəsində baş vermiş nəqliyyat qəzası zamanı avtomobillərdə sıxılmış vəziyyətdə qalan 2 nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

FHN ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?