Modern.az

138 miqrant Türkiyədən DEPORTASİYA EDİLDİ

138 miqrant Türkiyədən DEPORTASİYA EDİLDİ

Aktual

16 İyul 2023, 12:34

Türkiyənin Kocaeli ərazisində keçirilən əməliyyatlar zamanı tutulan 138 qeyri-qanuni miqrant Əfqanıstana göndərilmək üçün avtobuslarla Cengiz Topel hava limanına aparılır.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, 138 qeyri-qanuni mühacir təhlükəsizlik məntəqəsindən keçdikdən sonra Əfqanıstan Hava Yollarına məxsus təyyarə ilə çarter reysləri ilə ölkələrinə göndəriləcək.

 

Bu gün ediləcək çarter reysi ilə ilin əvvəlindən bu yana deportasiya edilən immiqrantların sayı 2688 olacaq. 2017-ci ildən bu yana deportasiya edilən qeyri-qanuni miqrantların sayının 18 095 nəfər olduğu bildirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?