Modern.az

Daha 5 nəfər yoluxdu, ölən yoxdur

Daha 5 nəfər yoluxdu, ölən yoxdur

Aktual

16 İyul 2023, 17:39

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.

 

Bu barədə Modern.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

 

Azərbaycanda indiyədək ümumilikdə 831 983 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 673 nəfər müalicə olunaraq sağalıb, 10 288 nəfər vəfat edib, aktiv xəstə sayı 22 nəfərdir.

 

Ölkədə son sutka ərzində 416, hazırkı dövrədək isə 7 655 305 test aparılıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?