Modern.az

Cinayət törədən 81 nəfər saxlanıldı

Cinayət törədən 81 nəfər saxlanıldı

17 İyul 2023, 10:53

Cinayət törətməkdə şübhəli bilinən 81 nəfər saxlanılıb.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iyulun 15-də və 16-da ölkə ərazisində qeydə alınan 116, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 49, o cümlədən borclu şəxs qismində axtarışda olan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

 

Narkotiklərlə əlaqəli 47, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?