Rusiyanın Qara dəniz taxıl təşəbbüsündən çıxması qlobal miqyasda ərzaq təhlükəsizliyini təhdid edir.
Modern.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel deyib.
O, Rusiyanın taxıl sazişindən çıxmasına təəssüfləndiyini söyləyib.
“Qara Dəniz Taxıl Təşəbbüsü bütün dünyada milyonlarla insana fayda verib. Mən Rusiyanın bugünkü bəyanatından təəssüflənirəm. Bu, ərzaq təhlükəsizliyini və bütün dünyada insanların taxıl və gübrə təchizatına çıxışını təhlükə altına alacaq”, - Şarl Mişel sosial şəbəkə hesabında yazıb.