Modern.az

Naftalanda növbəti səyyar qəbul keçirilib

Naftalanda növbəti səyyar qəbul keçirilib

19 İyul 2023, 14:44

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısının səyyar qəbul qrafikinə əsasən sakinlərlə növbəti görüş keçirilib.

 

Görüşdə şəhər polis şöbəsinin rəisi Zaur Bədəlov, İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhərdə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.

 

Qəbulda sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, yol infrastrukturu və digər məsələlər üzrə müraciətləri dinlənilib. Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir çoxu yerindəcə həll olunub. Araşdırılmasına ehtiyac olan digər məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?