Modern.az

Əhəd Abıyevin səlahiyyətləri ona həvalə olundu

Əhəd Abıyevin səlahiyyətləri ona həvalə olundu

19 İyul 2023, 14:56

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətləri başçının müavini Vüqar Xanlar oğlu Məmmədova həvalə olunub.

 

Modern.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, üç il öncə başçının müavini təyin olunan V.Məmmədov, həmçinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışır.

 

Xatırladaq ki, 2 gün öncə Prezident İlham Əliyevin sərəncamı ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev tutduğu vəzifədən azad olunub. O, 2011-ci ilin fevralından bu vəzifədə çalışıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?