Modern.az

İsmayıllıda vəzifəli şəxs inzibati məsuliyyətə cəlb edildi

İsmayıllıda vəzifəli şəxs inzibati məsuliyyətə cəlb edildi

Aktual

19 İyul 2023, 15:22

Sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması, ətraf mühitin mühafizəsinin təmini məqsədilə İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən növbət tədbir keçirilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, keçirilən nəzarət tədbiri zamanı rayonun Keyvəndi kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması, eləcə də yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

 

Aşkarlanan faktla bağlı həmin kəndin bələdiyyə sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunub və o, inzibati məsuliyyətə cəlb edilib.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?