Modern.az

Daşkəsəndə növbəti səyyar tibbi müayinə

Daşkəsəndə növbəti səyyar tibbi müayinə

19 İyul 2023, 21:31

“AzerGold” QSC və Bakı Sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə Daşkəsən rayonunda "Çovdar" qızıl mədənin yaxınlığında yerləşən Çovdar kəndi, Şadax yaşayış məntəqəsi, Çaykənd, Quşçu və Bayan kəndlərinin sakinlərinin növbəti səyyar tibbi müayinəsinə start verilir.

 

22 iyul tarixindək davam edəcək 3 günlük aksiya çərçivəsində cərrahiyə, pediatriya, terapiya, nevrologiya, endokrinologiya, hepatologiya, LOR, həmçinin kardiologiya sahələri üzrə ixtisaslaşmış peşəkar həkim heyəti tərəfindən müayinələr və ambulator müalicə-profilaktik xidmətlər göstəriləcək. Pasiyentlərə fiziki müayinələrlə yanaşı, instrumental, eləcə də laborator xidmətlərdən, qanın və sidiyin ümumi analizi, ambulator qan təzyiqi monitorizasiyası və şəkərin təyini müayinələri keçiriləcək.

 

Səyyar tibbi müayinə aksiyası yerli icmaların, xüsusilə ucqar kənd sakinlərinin səhiyyə sahəsində xidmətlərə əlçatanlığının artırılması, profilaktik müayinə mədəniyyətinin təbliği məqsədini daşıyır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?