Modern.az

Məktəbə getmək üçün ən ideal yaş

Məktəbə getmək üçün ən ideal yaş

20 İyul 2023, 14:04

Dünyanın bir çox bölgəsində azyaşlı uşaqlar üçün ibtidai təhsil icbari xarakter daşıyır. İcbari ibtidai təhsilə başlama yaşı isə ölkələrə görə fərqlidir.

 

Modern.az Kembric Universitetinin rəsmi saytına istinadla xəbər verir ki, alimlər məktəbə getmək üçün ideal yaşı təyin ediblər.

 

Kembric Universitetinin professoru Devid Uaytbred şəxsi təcrübələrinə əsaslanmaqla 5-7 yaşlı uşaqlar üçün oyun əsaslı təhsilin formal təhsildən daha faydalı olduğunu bildirib. Professor bunu həmin yaşlarda uşaqların fiziki, sümük-əzələ inkişafının sonrakı onillikdə beyin hüceyrələrinin fəaliyyətinə təsir göstərməsi ilə əlaqələndirib.

 

O, həmçinin qeyd edib ki, kiçik yaşlardan sosial bacarıqları inkişaf etdirmək uşaqların gələcəkdə təhsil və iş həyatına adaptasiyasını asanlaşdırır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?