Modern.az

İsmayıllıda kişi meyiti aşkarlandı

İsmayıllıda kişi meyiti aşkarlandı

20 İyul 2023, 15:08

İsmayıllı rayonunun Diyallı kəndi ərazisində təxminən 30-40 yaşlarında olduğu ehtimal edilən kişi meyiti aşkarlanıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov deyib.

 

O bildirib ki, meyit müayinə olunması üçün morqa yerləşdirilib və hazırda onun şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbirlər keçirilir: "Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?