Modern.az

Bundan sonra Azərbaycan və Ermənistan rəsmiləri sərhəddə görüşəcək

Bundan sonra Azərbaycan və Ermənistan rəsmiləri sərhəddə görüşəcək

Aktual

21 İyul 2023, 09:56

Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasları sərhədin müxtəlif hissələrində keçiriləcək.

 

Modern.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın ofisindən məlumat verilib.

 

Qeyd olunub ki, tərəflərin qarşılıqlı razılığına əsasən, görüşlərin hər dəfə dövlət sərhədinin müxtəlif hissələrində keçirilməsi barədə qərar qəbul edilib.

 

Xatırladaq ki, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Mher Qriqoryan ilə sonuncu görüşü iyulun 12-də baş tutub. Görüşü zaman bir sıra təşkilati və prosessual məsələlər müzakirə olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?