Modern.az

Daha 2 bələdiyyə sədri cərimələndi - FOTOLAR

Daha 2 bələdiyyə sədri cərimələndi - FOTOLAR

Aktual

21 İyul 2023, 10:34

Ağstafada ətraf mühiti məişət tullantıları ilə zibilləyən şəxslər barəsində tədbirlər görülüb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə rayon ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

 

Araşdırmalar zamanı ikisi bələdiyyə sədri olmaqla ümumilikdə 10-a yaxın şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin maddəsi ilə tələblərini pozduqlarına görə həmin əraziləri barələrində inzibati tənbeh tədbiri tətbiq olunub.

 

Sözügedən ərazilər təmizlənib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?