Modern.az

Milli parklarda gözlənilən hava şəraiti

Milli parklarda gözlənilən hava şəraiti

Aktual

21 İyul 2023, 16:30

İstirahət günlərində (iyulun 22-23-də) milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.

 

Samur–Yalama milli parkında hava şəraitinin mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-18° isti, gündüz 30-34°isti olacaq.

 

Altıağac milli parkında havanın sabit, əsasən yağmursuz keçəcəyi, lakin 22-də gündüz yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-18° isti, gündüz 29-34° isti olacaq.

 

Ağgöl milli parkında yağmursuz, sabit hava şəraiti gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-19° isti, gündüz 31-36° isti olacaq.

 

Qızılağac milli parkında cənub zonasına yollanmaq istəyənləri sabit, yağmursuz hava şəraiti gözləyir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-22°isti, gündüz 31-35° isti olacaq.

 

Göygöl milli parkında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin 22-də gündüz qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-19° isti , gündüz 22-26° isti olacaq.

 

Şirvan milli parkında havanın sabit, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-24° isti, gündüz 35-38° isti olacaq.

 

Cənub zonasına yollanmaq istəyənləri Hirkan milli parkında sabit, yağmursuz hava şəraiti gözləyir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-22°isti, gündüz 31-35° isti olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?