2023-cü ilin avqustunda dünyanın əksər yerlərində ekstremal istilər davam edəcək.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ümumdünya Meteorologiya Təşkilatının müşaviri Con Neyrn deyib.
“Biz bu cür isti dalğalarının avqust ayında da davam edə biləcəyini nəzərə almalıyıq”, - Nern bildirib.
Onun sözlərinə görə, dünyada qlobal temperatur artımı tendensiyası müşahidə olunur. İqlim dəyişikliyi fonunda istilik dalğaları daha da intensivləşə bilər.