Modern.az

Bələdiyyə sədri cəzalandırıldı

Bələdiyyə sədri cəzalandırıldı

22 İyul 2023, 09:04

Ətraf mühitin mühafizəsi tədbirlərinin daha da gücləndirilməsi, sanitar-gigiyena qaydalarının pozulmasının qarşısının alınması məqsədilə Yardımlıda polis əməkdaşları tərəfindən nəzarət tədbirləri keçirilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, polis şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən tədbirlər zamanı Yardımlı şəhəri ərazisində məişət tullantılarının su hövzəsinin kənarında qalaqlanması, ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktı aşkar olunub.

 

Aşkar olunmuş faktla bağlı ərazi üzrə bələdiyyə sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 264.1-ci (su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə) maddəsi ilə protokol tərtib olunaraq aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinə göndərilib.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?