Modern.az

NATO-Ukrayna Şurasının iclası KEÇİRİLƏCƏK

NATO-Ukrayna Şurasının iclası KEÇİRİLƏCƏK

23 İyul 2023, 14:54

NATO-nun baş katibi Yens Stoltenberq iyulun 26-da NATO-Ukrayna Şurasının iclasını çağırıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO nümayəndəsi Oan Lunqesku bildirib.

 

Onun sözlərinə görə, tərəflər son hadisələrlə bağlı məsləhətləşmələr aparmaq və Qara dəniz vasitəsilə Ukrayna taxılının daşınmasını müzakirə etmək üçün görüşəcəklər.

 

O, həmçinin əlavə edib ki, görüş səfirlər səviyyəsində keçiriləcək.

 

İyulun 23-də Rusiya “Oniks”, “X-22” və “Kalibr” qanadlı raketlərindən istifadə etməklə Odessa və regiona növbəti hücuma keçib. Atışma nəticəsində mülki obyektlərə və yaşayış binalarına ziyan dəyib.

 

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinın yaydığı məlumata görə, Odessaya ballistik də daxil olmaqla müxtəlif tipli 19 raket atılıb. Hava hücumundan müdafiə qüvvələri onların yarısını vurub. Bundan başqa Rusiya ordusunun Odessanı bombalaması nəticəsində kafedral kilsə dağılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?