Modern.az

Ana həbsdəki oğluna blinçikin içində heroin apardı

Ana həbsdəki oğluna blinçikin içində heroin apardı

26 İyul 2023, 15:24

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ədliyyə Nazirliyi Penitensiar xdmətinin Müalicə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

 

Xidmətdən Modern.az-a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 il 8 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Alim Çərkəz oğlu Əkbərova anası Mehparə Həsənqulu qızı Əkbərova tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman, orada olan ətli blinçiklərin içərisində xüsusi üsulla gizlədilmiş 2 ədəd bükülüdə ümumi çəkisi 14.396 qram olan narkotik maddə - heroin aşkar olunub.
 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?