Modern.az

Quranın yandırılmasını qəbul edə bilmərik - Şeyxin idarəsindən ETİRAZ

Quranın yandırılmasını qəbul edə bilmərik - Şeyxin idarəsindən ETİRAZ

26 İyul 2023, 16:10

Son günlər Avropa ölkələrində İslam dininin müqəddəs kitabı olan Qurani-Kərimin yandırılması və təhqir olunmasına Azərbaycan da səssiz qalmayıb. İslam dünyasında hiddət doğuran olaya Qafqaz Müsəlmanları İdarəsi kəskin etirazını bildirib.

 

QMİ sədrinin yeni müavini Bəxtiyar Nəcəfov Modern.az-a açıqlamasında deyib ki, şeyxülislam Allahşükür Paşazadə Avropada Quranın yandırılmasını pisləyib.

 

“Şeyxulislam həzrətləri və Qazılar Şurası bu məsələyə münasibət bildirib. Əlbəttə, biz bunu pisləyirik. Bizim bütün dinlərə etiqadımız var. Hər bir dinin nümayəndəsinə, həmçinin əhli kitaba hörmət bəsləyirik. İslama qarşı törədilən bu akt heç bir dinin, məzhəbin qaydalarına, əqidə əsaslarına əməl etmir. Biz Quranın yandırılmasını pisləyirik, bunu qətiyyən qəbul etmirik. Təbii ki, yanaşmamız mənfidir”, - deyə şeyxin müavini vurğulayıb.

 

 

B.Nəcəfov qeyd edib ki, belə xoşagəlməz hallarla dinlərarası dialoqa xələl yetirmək istəyirlər:

 

“İstəyirlər ki, dinlərarası dialoqa qarşı fitnə çıxarsınlar. Nəticədə iğtişaş olsun. Ona görə də, hər bir dinin mənsubu olan kitab əhlinin önündə gedənlər bunun qarşısında dayansınlar ki, belə hadisələr olmasın. Dünyada bir daha bu cür hadisələr baş verməsin. Bu gün İslama qarşı olan mənfi baxış, nəzər heç də düzgün deyil. İslam dini bütün dinlərə qardaş kimi nəzər yetirir, hörmət edir. Gərək digər din rəhbərləri də  bununla bağlı öz rəylərini və fikirlərini bildirsinlər. Biz onların dini müqəddəslərinə qarşı hörmətlə yanaşdığımız kimi, onlar da bizə eyni münasibəti göstərməlidir”. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?