Modern.az

Tağı Əhmədov universitetdəki vəzifəsindən AZAD EDİLİB

Tağı Əhmədov universitetdəki vəzifəsindən AZAD EDİLİB

Təhsil

2 Fevral 2024, 14:18

Azərbaycan Memarlıq və İnşaat Universitetində kadr dəyişikliyi olub.


Modern.az xəbər verir ki, Unikal-az-ın məlumatına görə, universitetin Nəqliyyat və logistika kafedrasının müdiri Tağı Əhmədov işindən ayrılıb.


Qeyd edək ki, Tağı Əhmədov bir müddətdir ağır xəstəlikdən əziyyət çəkir.

Tağı Əhmədov 1998-ci ildən 2014-cü ilə kimi Bakı Metropoliteninin rəisi işləyib.
2016-cı ildən bu günə kimi isə Azərbaycan Memarlıq və İnşaat Universitetindəki Nəqliyyat fakültəsində Nəqliyyat və logistika kafedrasının müdiri vəzifəsini tutub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi