Modern.az

Rezidenturaya qəbul imtahanının ikinci cəhdi keçiriləcək

Rezidenturaya qəbul imtahanının ikinci cəhdi keçiriləcək

Aktual

11 İyun 2024, 10:50

Məlum olduğu kimi, rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) ikinci cəhdi iyunun 23-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

 

Bu barədə Modern.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

 

Bildirilib ki, namizədlər //www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=32 keçidinə daxil olub “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

 

Qeyd edilib ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

 

İmtahan saat 10:00-da başlanır. 09:45-dən sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri