Modern.az

Şəxsiyyət vəsiqələri elektron sistemə keçilir - Yenilik təsdiqləndi

Şəxsiyyət vəsiqələri elektron sistemə keçilir - Yenilik təsdiqləndi

Aktual

28 İyun 2024, 12:08

Azərbaycanda şəxsiyyət vəsiqəsində göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim ediləcək.

Modern.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əlavə edilməsi təklif edilən yeni maddəyə əsasən, şəxsiyyət vəsiqəsində göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər.

Şəxsiyyət vəsiqəsində göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi şəxsiyyət vəsiqəsinin təqdim edilməsinə bərabər tutulur.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Türkiyə qarışdı: qızmış kütlə əsgərlərə HÜCUM ETDİ