Modern.az

Azərbaycanda parlament seçkiləri noyabrın 7-də keçiriləcək

Azərbaycanda parlament seçkiləri noyabrın 7-də keçiriləcək

6 May 2010, 16:28

Mərkəzi Seçki Komissiyası Azərbaycanda keçiriləcək parlament seçkilərinin vaxtını açıqlayıb. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Azərbaycan Konstitusiyasına görə, ölkədə parlament seçkiləri 5 ildən bir, Milli Məclis üzvlərinin səlahiyyət müddəti başa çatdığı ilin noyabr ayının birinci bazar günü keçirilir.
Bu il noyabr ayının 1-ci bazar günü isə ayın 7-nə təsadüf edir.
Seçki Məcəlləsinin tələbinə görə, seçki prosesinə səsverməyə ən azı 75 gün qalmış rəsmi start verilir. (APA)
 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama