Modern.az

Daha bir ölkə Trampın yolu ilə getmək istəyir

Daha bir ölkə Trampın yolu ilə getmək istəyir

24 Yanvar 2025, 08:15

Argentina prezidenti Xavyer Mayli ölkəsini Paris iqlim sazişindən çıxarmağı nəzərdən keçirir.

Modern.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) mənbələrə istinadən yazıb.

Bildirilir ki, yekun qərar hələ verilməyib, lakin Argentinanın ABŞ-dan nümunə götürməsi və razılaşmadan çıxması ehtimalı var.

FT-nin məlumatına görə, Argentina rəsmiləri Maylinin komandasını fikrindən daşındırmağa çalışıblar, ancaq nəticə verməyib.

Xatırladaq ki, yanvarın 21-də ABŞ prezidenti Donald Tramp ABŞ-ın Paris iqlim sazişindən çıxması ilə bağlı BMT-yə məktub göndərilməsi barədə göstəriş verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi