May ayında Azərbaycanda inflyasiya 4,4 faiz təşkil edib. Modern.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir. Məlumata görə, ərzaq məhsullarının qiyməti hesabat dövründə 3,5 faiz, qeyri-ərzaq mallarının qiyməti 1,6 faiz, xidmətlərə görə tariflər isə 8,3 faiz bahalaşıb.
Cari ilin birinci rübündə Azərbaycanda inflyasiya 2009-cu ilin anoloji dövrü ilə müqayisədə 3,8 faiz təşkil edib. İnflyasiya isə fevral ayı ilə müqayisədə 1,3 faiz təşkil edib. Ötən il inflyasiya Azərbaycanda 1,5 faiz olub.