Modern.az

Nazirlik rəsmisi: "Torpaq sürüşməsinin bir səbəbi də yol çəkilişi ilə bağlıdır"

Nazirlik rəsmisi: "Torpaq sürüşməsinin bir səbəbi də yol çəkilişi ilə bağlıdır"

17 May 2010, 14:59

Son zamanlar ölkə ərazisində sürüşmə halları artıq adi hala çevrilib. Demək olar ki, bölgələrdə sürüşmə baş verməsi intensivləşib.

Ekspertlər bunu meşələrin qırılması ilə əlaqələndirsə də, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamentinin direktoru Məmmədhüseyn Müslümov Modern.az saytına bildirib ki, sürüşmənin baş verməsi məskunlaşma zamanı ekoloji amillərin nəzərə alınmamasıdır: “Sürüşmələr həmişə olub. “Meşələrin qırılması hansısa bir kənddə sürüşməyə səbəb oldu” fikri absurddur. Meşənin ona heç bir aidiyyatı yoxdur. Sürüşmə baş verən yerlər adətən kənd ətrafında baş verir. Kəndin ətrafında da meşə yoxdur. Ona görə də bu fikir düzgün deyil. Bu hadisələr düşən yağıntıların miqdarı ilə birbaşa əlaqəlidir. Meşə sahələrində də sürüşmələr olur. Son vaxtlar sürüşmələrin olmasının başlıca səbəbi torpaq ayırmada torpaqların ekoloji ekspertizadan keçirilməməsidir. Yəni onun geoloji strukturu öyrənilməlidir. Hansısa bir çayın hövzəsində ev tikilir. Gələn il də sel gəlib onu yuyub aparır. Əvvəlki illərdən fərqli olaraq bu il yağıntının miqdarı bir neçə dəfə çox olub. Ona görə də sürüşmə artıb. Respublika ərazisində sürüşmənin digər səbəbləri yol çəkilişi və intensiv otarılmadır. Yolların çəkilməsi zamanı torpaq səthi pozulur bu da təbii ki, sürüşmə üçün münbit şərait yaradır”.

M.Müslümov sürüşmənin qarşısını almaq üçün meşə zolaqlarının salındığını deyir: “Bu gün meşələrin qırılmasının qarşısı kifayət qədər alınıb. Meşə sahələri artmaqda davam edir. Mühafizə olunan ərazilərin sahəsi 2,5 dəfədən artıq çoxaldılıb. Bu bizim nazirlik tərəfindən görülən işlərin nəticəsidir”.

Günay Musayeva

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi