Kür çayının yaratdığı daşqınlar Saatlı, İmişli, Sabirabad rayonlarında əhalini təşviş içərisində saxlamaqda davam edir. Bu arada Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) həmin rayonların qaz təchizatı ilə bağlı təhlükəsizlik tədbirinə əl atmağa məcbur olub.
Modern.az-ın məlumatına görə, ARDNŞ-dən bildirlib ki, Kür çayının daşması nəticəsində “Astara-Qazıməmməd” magistral qaz kəmərində yaranan güclü qaz sızması ilə əlaqədar fövqəladə hal kimi 24 may 2010-cu il tarixdən Sabirabad, Saatlı və İmişli rayonlarının təbii qaz təchizatı dayandırılıb.
Həmin rayonlara mavi yanacağın verilişi təbii fəlakətin nəticələri aradan qaldırıldıqdan sonra bərpa olunacaq.
Modern.az