Mərkəzi Bankın Mətbuat xidməti bildirir ki, 2010-cu il may ayının 1-nə kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin ümumi həcmi 4612,8 mln. manat təşkil edib. Bunun 2474,7 mln. manatı əhali tərəfindən yerləşdirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,5% çoxdur. Depozitlərin 2138,0 mln. manatı isə qeyri-maliyyə təşkilatlarının payına düşür. 2010-cu il mayın 1-nə banklara qoyulan əmanətlərin 1070,3 mln. manatı (43,2%) manatla, 1404,4 mln. manatı (56,8%) isə xarici valyuta ilə cəlb edilib.
2010-cu il may ayının 1-nə Azərbaycan Respublikası üzrə bankomatların sayı 1734 ədəd olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 162 ədəd çoxdur. Cari ilin mayın 1-nə bankomatların 973-ü Bakı şəhərində, 761-i isə digər şəhər və rayonlarda yerləşir. Bu dövrdə Azərbaycan Respublikası üzrə Pos-terminalların sayı 8716 ədəd olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 312 ədəd çoxdur. Cari dövrdə pos-terminalların 7933-ü Bakı şəhərində, 783-ü isə digər regionlarda yerləşir.
Modern.az