Modern.az

Bıçaqlanan icra nümayəndəsi xəstəxanadan çıxır

Bıçaqlanan icra nümayəndəsi xəstəxanadan çıxır

9 İyun 2010, 18:05

 

İyunun 2-də öz iş otağında bıçaqlanan Salyan rayon İcra Hakimiyyətinin Salyan şəhəri üzrə nümayəndəsi Əlipaşa Abdullayev hazırda Bakıdakı xəstəxanalardan birində müalicə olunur. Modern.az-ın onun yaxınlarından aldığı məlumata görə, Ə.Abdullayevin səhhəti artıq normallaşıb və bir -iki günə evə buraxılacaq.   Xatırladaq ki, Əlipaşa Abdullayev 59 saylı Salyan seçki dairəsindən deputat Əkrəm Abuddalevin qardaşıdır. Ə.Abdullayev döş qəfəsi və qarın boşluğundan 6 bıçaq zərbəsi almışdı. Hadisəni törədən RİYAD təhlükəsizlik xidmətinin Salyan rayon şöbəsinin rəisi İslam Rzayev saxlanılıb. Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI