Modern.az

Azərbaycanın iqtisadi rayonlarının sosial-iqtisadi pasportları hazırlanıb

Azərbaycanın iqtisadi rayonlarının sosial-iqtisadi pasportları hazırlanıb

9 İyun 2010, 18:11

Prezidentin “Azərbaycan Respublikası regionlarının 2009-2013-cu illərdə sosial-iqtisadi inkişafı proqramının təsdiq edilməsi haqqında” Fərmanından irəli gələn vəzifələrin icrasına yerli və xarici iş adamlarının cəlb edilməsi regionların mövcud sosial-iqtisadi vəziyyəti, təbii və əmək resurslarına dair ümumiləşdirilmiş operativ məlumatların hazırlanmasını tələb edir.
Bu baxımdan İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu tərəfindən iqtisadi rayonların sosial-iqtisadi vəziyyətinin mövcud mənzərəsini, təbii və əmək resurslarını özündə əks etdirən informasiya bazasının formalaşdırması məqsədilə ölkənin iqtisadi rayonları üzrə sosial-iqtisadi pasportların ilkin variantı hazırlanıb.

Modern.az nazirliyə istinadla xəbər verir ki, pasportlar hazırlanarkən xarici ölkələrin bu sahədə təcrübəsi öyrənilib, Azərbaycanın iqtisadi rayonlarına dair sosial-iqtisadi məlumatlar toplanılıb və yerləşdirilib. Sosial-iqtisadi pasportlarda iqtisadi rayonların ərazisi, relyefi, iqlimi, faydalı qazıntı ehtiyatları, iqtisadi potensialı və s. əsas göstəriciləri müxtəlif cədvəl, diaqram və şəkillərdən istifadə olunmaqla şərh edilib. Pasportlarda iqtisadi rayonların investisiya istiqamətləri göstərilmiş və burada mövcud olan müəssisə və təşkilatların siyahısı verilib.
İqtisadi rayonların sosial-iqtisadi pasportları rayonların sosial-iqtisadi vəziyyəti haqqında informasiya verməklə, mövcud potensialdan istifadə səviyyəsinin qiymətləndirilməsində, regionun iqtisadiyyatına sərmayə qoyulmasında yerli və xarici investorlar üçün əhəmiyyətli məlumat bazası olacaq.
Sosial-iqtisadi pasportlar haqqında daha ətraflı məlumat www.ier.az saytında yerləşdiriləcək.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI