Modern.az

Baş Prokurorluğun strukturunda dəyişiklik edilib

Baş Prokurorluğun strukturunda dəyişiklik edilib

Ölkə

10 İyun 2010, 17:24

Respublikanın Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin strukturu təkmilləşdirilməklə tərkibində Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsində dövlət ittihamının müdafiəsi üzrə şöbə yaradılıb. Baş Prokurorluqdan verilən məlumata görə, məqsəd ədalət mühakiməsində dövlət ittihamının yüksək peşəkarlıqla müdafiə olunması, eyni zamanda Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsində cinayət işlərinə baxılmasında prokurorların iştirakının səmərəliliyinin artırılmasıdər.
Baş Prokurorluq üzrə müvafiq əmrlə Mircavan Rza oğlu Kazımov həmin şöbəyə rəis vəzifəsinə təyin edilib. M.Kazımov 1986-cı ildən Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müxtəlif vəzifələrdə, o cümlədən 2007-ci ildən etibarən Baş Prokurorluğun Milli Təhlükəsizlik və Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidmətinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsində çalışıb. Baş ədliyyə müşaviri xüsusi rütbəsindədir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI