Modern.az

Bakıda 38 dərəcə isti gözlənilir

Bakıda 38 dərəcə isti gözlənilir

11 İyun 2010, 10:38

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında iyunun 11-də hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin sürəti 7-12 m/s təşkil edəcək.
Havanın temperaturu gündüz 33-38 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27 dərəcə isti təşkil edəcək.

İyun 12-də hava şəraitinin az buludlu, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin sürəti 7-12 m/s olacaq, gündüz 12-14 m/s, arabir 16-20 m/s təşkil edəcək. Havanın temperaturu gecə 21-25 dərəcə isti, gündüz 31-35 dərəcə isti təşkil edəcək.

İyun 13-də hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin sürəti 8-13 m/s olacaq, gecə və səhər arabir 15-17 m/s təşkil edəcək. Havanın temperaturu gecə 20-24 dərəcə isti, gündüz 30-34 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında

İyun 11-də hava şəraitinin gün ərzində yağmursuz olacağı, lakin gecə bəzi dağlıq və dağətəyi ərazilərdə şimşək çaxacağı, qısamüddətli lokal leysan xarakterli yağış yağacağı gözlənilir. Qərb küləyinin sürəti 5-10 m/s təşkil edəcək.
Havanın temperaturu gecə 20-25 dərəcə isti, gündüz 33-38 dərəcə isti, dağlarda gecə 12-17 dərəcə isti, gündüz 25-30 dərəcə isti təşkil edəcək.

12-13 iyunda hava şəraitinin gün ərzində yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı, lakin gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Yağıntıların bəzi yerlərdə lokal leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyinin surəti 5-10 m/s olacaq, arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25 dərəcə isti, gündüz 32-37 dərəcə isti, dağlarda gecə 11-16 dərəcə isti, gündüz 23-28 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz
Yaxın 2 gün ərzində Abşeron yarımadasında sabit hava şəraiti meteohəssas insanlar üçün müsbət amil olsa da, gündüz saatlarında qızmar temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir. 

Modern.az

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI