İyunun 11-də Şirvan şəhəri, Abşeron, Ağcabədi, Astara, Beyləqan, Biləsuvar, Cəlilabad, Hacıqabul, İmişli, Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Salyan, Ucar, Saatlı, Sabirabad və Zərdab rayonlarının ümumtəhsil məktəblərinin XI siniflərində buraxılış imtahanları keçirilib.
Modern.az xəbər verir ki, Təhsil Nazirliyinin məlumatına görə, 24365 şagird 81 imtahan mərkəzində imtahan verib.
Həmin rayonlar üzrə ötən tədris illərində attestat ala bilməyən 2247 nəfər XI sinif məzunu da bu gün 22 imtahan mərkəzində imtahan verib.
Qeyd olunan rayonların ümumtəhsil məktəblərinin IX sinif şagirdləri isə iyunun 12-də imtahan verəcək və 83 imtahan mərkəzində keçiriləcək imtahanlarda 35553 IX sinif şagirdi iştirak edəcək.
Modern.az