Modern.az

Dünya ombudsmanları Bakıya toplaşıb

Dünya ombudsmanları Bakıya toplaşıb

Ölkə

17 İyun 2010, 14:12

İyunun 17-də Bakıdakı “Hyatt Regency” otelində 18 iyul - İnsan Hüquqları gününə və “Ekologiya ili”nə həsr edilmiş “İnsan Hüquqları və ətraf mühit: iqlim dəyişikliyinin hüquqi və etik aspektləri” mövzüsünda Ombudsmanların VIII Bakı Beynəlxalq Konfransı işə başlayıb.

Modern.az xəbər verir ki, konfransı giriş sözü ilə açan Azərbaycan Respublikasının İnsan Hüqüqları üzrə Müvəkkili Elmira Süleymanova bildirib ki, artıq bir neçə ildir ki, 18 iyun tarixi ölkəmizdə İnsan Hüquqları günu kimi qeyd olunur. “Bildiyimiz kimi, ənənəvi olaraq cari ilin 18 may -18 iyun tarixlərində respublikamızda insan hüquqları aylığı elan olunub. Bununla bağlı bir sıra silsilə tədbirlər həyata keçirilib”.

E.Süleymanova bildirib ki, beynəlxalq əməkdaşlığa önəm verən Azərbaycan Ombudsmanı fəaliyyət müddəti ərzində hər il insan hüquqlarının müxtəlif aspektləri üzrə beynəlxalq konfrans keçirir, müxtəlif ölkələrin milli insan hüquqları təsisatlarını təmsil edən həmkarları ilə məlumat və təcrübə mübadiləsi aparır. Bu günədək Bakıda təşkil olunmuş Ombudsmanların 7 beynəlxalq konfransında 47 ölkənin müvəkkili iştrak edib. “Bu günkü tədbirdə isə Tayland, Sloveniya, Kanada, Rusiya, Ukrayna və Moldovanın ombudsmanları və bu ölkələrin mili insan hüquqları təsisatlarının nümayəndələri, həmçinin insan hüquqları sahəsində   beynəlxalq ekpertlər iştrak edirlər”.

Baş Nazirin müavini, “Dövlətqaçqınkom”un sədri  Əli Həsənov bildirib ki, Ombudsmanın hər il İnsan hüquqları gününu qeyd etməsi, digər ölkələrin ombudsmanlarının  ölkəmizə dəvət olunması Azərbaycan höküməti tərəfindən dəstəklənir. Ə.Həsənov bildirib ki, Ermənistan silahlı qüvvələri tərəfindən 18 ildir ki, Azərbaycan ərazisinin 20%-i zəbt olunub və bunun nəticəsində 1 milyon insan qaçqın və məcburi köçkünə çevrilib. Ə.Həsənovun sözlərinə görə, indiyə kimi qaçqın və məcburi köçkünlərlə bağlı Mili Məclis 26 qanun qəbul edib, Azərbaycan Respublikasının Prezidenti 62 fərman, Azərbaycan hökuməti isə 277 sənəd imzalayıb, 1 milyon qaçqın və köçkünə 3 milyard vəsait sərf olunub. Ə.Həsənov deyib ki, 18 ildir ki, Azərbaycanda 1 milyon insanın hüququ pozulur, beynəlxalq qurumların qəbul etdiyi sənədlər isə təcavüzkar dövlət və onun himayədarları tərəfindən yerinə yetirilmir. Daha sonra çıxış edən ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib ki, son zamanlar Ermənistan dövləti işğal etdiyi Azərbaycan ərazilərindəki meşələri yandırmaqla məşğuldur. O, Ermənistanın Kür və Araz çaylarına külli miqdarda məişət və sənaye tullantıları axıtdığını da vurğulayıb.

Tədbirdə çıxış edən UNESCO-nun Moskva Bürosunun sosial və humanitar elmlər üzrə mütəxəsis Alla Ampar insah hüququları və ekoloji məsələlərdən danışıb. Mail Ağaxanov

 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI