Bu il Bakı Dövlət Univeristeni (BDU) 500 məzun fərqlənmə diplomu ilə bitirəcək. Bu barədə Modern.az saytına məlumat verən BDU-nun Mətbuat və informasiya şöbəsinin rəhbəri Pərvanə İbrahimova bildirib ki, ümumilikdə bu il universiteti 3740 məzun bitirəcək.
“Məzun günü ilə bağlı tədbir iyunun 29-da saat 18:00-da keçiriləcək. Məzun günündə təhsil naziri Misir Mərdanov, deputatlar və alimlər iştirak edəcəklər. Universiteti yaxşı göstəricilərlə bitirən məzunların da hər birinə fərqlənmə diplomları, valideynlərinə təşəkkür məktubu veriləcək. Hər fakültəndən 2 nəfər olmaqla BDU-nu fərqlənmə diplomu ilə bitirən məzunlara fəxri diplomlar elə məzun gününün gedişatında təqdim ediləcək. Məzun günündə həmçinin tələbələrin andiçmə mərasimi də olacaq. Mərasim konsert proqramı ilə davam edəcək və Dövlət televiziyası ilə canlı yayımlanacaq”. Təhminə Paşayeva