Modern.az

Altı ayda 92 286 vətəndaşa fərdi şəxsi hesab açılıb

Altı ayda 92 286 vətəndaşa fərdi şəxsi hesab açılıb

1 İyul 2010, 12:23

“2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq davam etdirilən tədbirlər nəticəsində dövlət sosial sığorta sistemində fərdi uçotun tətbiq dairəsi genişlənməkdədir. Belə ki, ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində şəxsi hesabı olan sığortaolunanların sayı 5,6 faiz artıb. Məlumatı fondun ictimaiyyətlə əlaqələr sektoru yayıb.

           Məlumata görə, cari ilin 6 ayı ərzində DSMF tərəfindən əlavə olaraq 92 286 sığortaolunana fərdi şəxsi hesab açılıb. Nəticədə 01.07.2010-cu il tarixə olan statistikaya əsasən, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 732 215 nəfərə catıb. DSMF-nin fərdi uçot sistemində fərdi şəxsi hesabı olan sığortaolunanların 956 293 nəfəri  kişi, 775 922 nəfəri isə qadındır.  Fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığında sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığortaolunanların 460 989 nəfərini əhatə edir. Bundan başqa, fərdi uçot sistemində 30 yaşa kimi sığortaolunan vətəndaşlar 402 477  nəfər, 30-40 yaşa kimi sığortaolunanlar 386 789 nəfər,  50-60 yaşa kimi sığortaolunanlar 339 697  nəfər, 60 yaşdan yuxarı olan sığortaolunanlar isə 142 263 nəfər təşkil edir. 

           Xatırladaq ki, fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır. Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI