“III qrupda 8435 nəfər ixtisas seçiminə buraxılıb. Ümumilikdə isə III qrupda yerlərin sayı 8906-dur. Əgər abituriyentlər düzgün ixtisas seçimi etsə, hamısı qəbul oluna bilərlər”. Modern.az xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri M.Abbaszadə belə deyib: “350 bal toplayan abituriyentlər prestijli yerlər seçməsə, dövlət sifarişli yerlərdə oxuya bilərlər. III qrupa imtahan verən builki məzunların 50 faizi 182 baldan aşağı nəticə göstəriblər. 4425 nəfər 350 bal, 2306 nəfər isə 420-dən yuxarı bal toplayıb. 250 bal toplayanlar özəl universitetlərə qəbul oluna bilərlər”.
Məleykə Abbaszadə qeyd edib ki, bu qrupda qaydalara əməl etmədiklərinə görə 7 abituriyentin nəticələri ləğv olunub. “Nəticələri ləğv olunan abituriyentlər 250 baldan yuxarı nəticə göstərənlər arasında olub. 100 -150 bal toplayanlar arasında köçürənlər olsa da, biz ləğv etmədik. Çünki onlar onsuz da müsabiqəyə buraxılmırlar. Bu qrupda daha çox qızlar mobil telefon keçirməyə cəhd ediblər. 8 nəfər mobil telefonu içəri keçirə bilib. Ancaq sonradan aşkarlanaraq, onlar imtahan kənarlaşdırılıb”. TQDK sədri bildirib ki, Bakı İslam Universitetində qəbul olmaq üçün 84 nəfər qeydiyyatdan keçib. “Ancaq onlardan 10 nəfəri 250 baldan yuxarı nəticə göstərib. Ümumilikdə isə bu universitet üçün 100 yer ayrılıb. Bakı İslam Universitetinə qəbul üçün biz balları aşağı salmayacağıq. I qrupa gəldikdə bu il birinci dəfə qəbul imtahanı Gəncə də keçiriləcək. Qazax, Ağstafa, Şəmkir, Gədəbəy, Gəncə, Goranboy, Göygöl rayonlarının tələbələri Gəncədə imtahan verəcəklər”.
Təhminə Paşayeva