Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında iyulun 10-da hava şəraitinin günəşli keçəcəyi, şimal-şərq küləyinin əsəcəyi gözlənilir.
Havanın temperaturu gecə 25-27 dərəcə, gündüz 35-38 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə olacaq.
İyulun 11-də hava şəraitinin günəşli keçəcəyi, şimal küləyinin əsəcəyi gözlənilir.
Havanın temperaturu gecə 25-28 dərəcə, gündüz 37-39, bəzi yerlərdə 41 dərəcə isti olacaq.
İyulun 12-də hava şəraitinin az buludlu, yağmursuz keçəcəyi, şimal-şərq küləyinin əsəcəyi gözlənilir.
Havanın temperaturu gecə 25-28 dərəcə, gündüz 35-38 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında
İyunun 10-da hava şəraitinin yağmursuz keçəcəyi, şimal-qərb küləyinin əsəcəyi gözlənilir.
Havanın temperaturu gecə 22-27 dərəcə, gündüz 34-40, bəzi yerlərdə 42 dərəcə, dağlarda gecə 15-20 dərəcə, gündüz 29-34 dərəcə təşkil edəcək.
11-12 iyulda hava şəraitinin yağmursuz keçəcəyi, şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 23-28 dərəcə, gündüz 36-40 dərəcə, dağlarda gecə 15-20 dərəcə, gündüz 28-23 dərəcə isti təşkil edəcək.
Xəbərdarlıq
İyulun 9-12-də hava şəraitinin isti keçəcəyi, havanın maksimal temperaturunun aran rayonlarında və Naxçıvan MR-da 36-40 dərəcə, bəzi yerlərdə 42 dərəcə, dağlıq rayonlarda 29-34 dərəcə, Abşeron yarımadasında 35-38 dərəcə, bəzi yerlərdə 41 dərəcə olacağı gözlənilir.
Modern.az