Modern.az

Azərbaycanda Kosmik məsələlər üzrə Şuranın sədri seçilib

Azərbaycanda Kosmik məsələlər üzrə Şuranın sədri seçilib

Ölkə

9 İyul 2010, 19:33

Akademik Arif Paşayev Azərbaycanın Kosmik Məsələlər üzrə Şurasının sədri seçilib.

Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) məlumat yayıb.

Nazirlik bildirb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qayğı və dəstəyi sayəsində Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanıb.

Ölkə başçısının “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peykinin orbitə çıxarılması haqqında” 4 noyabr 2008-ci il tarixli və “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında” 17 avqust 2009-cu il tarixli sərəncamları bu istiqamətdə işlərin sürətləndirilməsinə və yüksək səviyyədə həyata keçirilməsinə güclü təkan verib.

Dövlət Proqramının icrasının ən mühüm hissəsindən biri olan Azərbaycan Respublikasının telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi ilə əlaqədar “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 may 2010-cu il tarixli Sərəncamı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi qarşısında bir sıra məsuliyyətli və şərəfli vəzifələr qoyub.

Sərəncamdan irəli gələn məsələlərlə əlaqədar kosmik sənayenin yaradılması və uğurlu inkişafında beynəlxalq təcrübədən istifadə etmək, kosmik fəaliyyət sahəsində elmi-texniki nailiyyətləri və qabaqcıl təcrübəni öyrənmək , bu sahədə dövlət siyasətinin həyata keçirilməsinə dair müvafiq tədbirlərin görülməsində iştirak etmək və həmin sahənin inkişafı ilə bağlı təklifləri hazırlamaq məqsədilə Kosmik məsələlər üzrə Şura yaradılıb, Arif Mir Cəlal oğlu Paşayev kosmik məsələlər üzrə Şuranın sədri təyin edilib.

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI