Modern.az

Mixail Saakaşvili:”Boşboğazları vəzifədə saxlamaq niyyətim yoxdur”

Mixail Saakaşvili:”Boşboğazları vəzifədə saxlamaq niyyətim yoxdur”

14 İyul 2010, 20:50

“Mənim boşboğazları hökumətdə yüksək  vəzifələrdə saxlamaq niyyətim yoxdur”. Modern.az gürcü mətbuatına istinadən xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Mixail Saakaşvili bu gün prezident sarayında vilayət qubernatorları və yerli idaretmə orqanları rəhbərləri ilə görüşdə bildirib. Dövlət başçısı ölkənin turizm nazirini kəskin tənqid edib və bildirib ki, bu cür adamlar hər hansı bir departamentə rəhbərlik edə bilməzlər. “Mən hər hansı bir nazirlikdə bu cür hallarla barışan deyiləm və hər bir departamentə şəxsən baş çəkməyə, onların rəhbərləri ilə görüşməyə hazırlaşır və onların gözlərinin içinə baxmaq istəyirəm”,-deyə Saakaşvili bildirib.

 

Saakaşvili bəyan edib ki, layiq cəmiyyətdə orta kasıbçılıq həddindən aşağı ailə olmamalıdır. Onun sözlərinə görə, ölkədə son 6 il ərzində yoxsulluğun səviyyəsi 52 faizdən 22 faizə düşüb.

Saakaşvili qubernatorları və yerli idarə orqanları başçılarını xalqla daimi dialoqa səsləyib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI