Modern.az

Yaxın 3 gündə diskomfort hava şəraiti hökm sürəcək

Yaxın 3 gündə diskomfort hava şəraiti hökm sürəcək

2 Avqust 2010, 13:57

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, avqustun 2-də, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi, şimal-şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gündüz 36-39, bəzi yerlərdə 40 dərəcə isti olacaq.
Avqustun 3-də hava şəraitinin günəşli keçəcəyi, şimal-şərq küləyinin əsəcəyi, gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 23-27 dərəcə, gündüz 35-38 dərəcə, bəzi yerlərdə 40 dərəcə isti təşkil edəcək.

Avqustun 4-də hava şəraitinin günəşli keçəcəyi, şimal-şərq, şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 23-26dərəcə, gündüz 36-39 dərəcə isti olacaq.

Avqustun 5-də də hava şəraitinin günəşli keçəcəyi, şimal küləyinin gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 24-27dərəcə, gündüz 36-39 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında

Avqustun 3-də hava şəraitinin günəşli keçəcəyi, şərq küləyinin əsəcəyi gözlənilir.
Havanın temperaturu gecə 19-24 dərəcə, gündüz 36-39, bəzi yerlərdə 41 dərəcə, dağlarda gecə 14-19 dərəcə, gündüz 29-34 dərəcə isti təşkil edəcək.

Avqustun 4-5-də hava şəraitinin günəşli keçəcəyi, şərq küləyinin əsəcəyi gözlənilir.
Havanın temperaturu gecə 20-25 dərəcə, gündüz 35-39 dərəcə, bəzi yerlərdə 42 dərəcə, dağlarda gecə 15-20 dərəcə, gündüz 30-35 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Yaxın 3 gün ərzində Abşeron yarmadasında güclü isti diskomfort şəraitin davam edəcəyi gözlənilir ki, bu da əksər əhali üçün əlverişsiz, meteohəssas, xüsusən də ürək-damar xəstəlikləri olan insanlar üçün risklidir.

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI