Modern.az

Müdafiə Nazirliyi ermənilərin şəhid gizirin meyitinin şəkillərini yaymasına münasibət bildirib

Müdafiə Nazirliyi ermənilərin şəhid gizirin meyitinin şəkillərini yaymasına münasibət bildirib

3 Avqust 2010, 12:54

Ermənilər odnoklassniki.ru saytında Azərbaycanın şəhid giziri Mübariz İbrahimovun meyitini əks etdirən fotoşəkillər yerləşdiriblər.
Azərbaycanın Müdafiə Nazirliyi bu gün şəhid gizirin meyitinin şəkillərinin yayılmasına münasibət bildirib.

Nazirliyi mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev  bildirib ki, ermənilər avqustun 2-də Milli Qəhrəman Mübariz İbrahimovun meyiti olduğu iddia edilən şəkillər yaymaqla beynəlxalq hüquq normalarına riayət etmədiklərini və öz riyakarlıqlarını bir daha nümayiş etdirdilər:
“Biz dəfələrlə və özü də təkidlə Azərbaycanın Milli Qəhrəmanı, şəhid Mübariz İbrahimovun cəsədinin ermənilərdə olması barədə açıqlama vermişik. Lakin Mübariz İbrahimovun şəhid olmasından ötən ay yarım müddət ərzində Ermənistan tərəfi hərbçimizin meyitinin onlarda olmaması barədə dediklərini təkrarlamaqda davam etdi və hətta beynəlxalq təşkilatların göndərdikləri sorğulara yalan cavab verməkdən çəkinmədi. Avqustun 2-də isə Mübariz İbrahimovun meyiti olduğu iddia edilən şəkillər məhz ermənilər tərəfindən internetdə yayıldı. Bununla da ermənilər beynəlxalq hüquq normalarına riayət etmədiklərini və öz riyakarlıqlarını bir daha nümayiş etdirmiş oldular. Yəqin ki, beynəlxalq qurumlar şəkil məsələsini nəzarətə götürüb araşdırmalarını intensivləşdirəcəklər. Biz isə şəhidmizin meyitini almaq üçün səylərimizi davam etdirəcək və bu məsələdə bütün imkanlarımızı səfərbər etməkdə davam edəcəyik”.

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI