Modern.az

Həftəsonunadək əlverişsiz hava şəraiti hökm sürəcək

Həftəsonunadək əlverişsiz hava şəraiti hökm sürəcək

Ölkə

4 Avqust 2010, 11:23

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, həftənin sonunadək Abşeron yarımadasında güclü isti hava şəraiti hökm sürəcək. Bununla yanaşı, zəif küləklərin üstünlüyü, ayrı-ayrı saatlarda havada nisbi rütubətliyin çox olması gözlənilir ki, bu da əksər adamlar üçün əlverişsiz, zəif və xəstə insanlar üçün isə risklidir.
Hidrometeoroloji Proqnozlar Bürosu avqustun 4-də Bakıda 38 dərəcə istilik proqnozlaşdırıb. Respublikanın bölgələrində isə temperature 40 dərəcəyə yüksələcək.

Modern.az
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama