2010-cu ilin I yarımilində ölkədə telefon aparatlarının ümumi sayı 14 min 262 ədəd artaraq 1 milyon 413 min 515 ədədə çatıb. Modern.az xəbər verir ki, bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində keçirilən 2010-cu ilin I yarımilliyinin yekunlarına dair kollegiya iclasında qurumun Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri R.Nəbiyev bildirb.
Onun sözlərinə görə, respublikanın telefon şəbəkəsində elektron ATS-lərin xüsusi çəkisi 01.01.2010-cu il tarixə 87,3% təşkil etdiyi halda, 01.07.2010-cu il tarixə 92,1%-ə, Bakı şəhər telefon şəbəkəsində 01.01.2010-cu il tarixə 90,3% təşkil etdiyi halda, 01.07.2010-cu il tarixə 95,3%-ə, respublikanın digər ərazilərində isə 88,8%-ə çatdırılıb. Kənd ATS-lərinin elektronlaşma səviyyəsi 01.01.2010-cu il tarixə 84,0% olduğu halda, 01.07.2010-cu il tarixə 85,1% təşkil etmişdir.
Respublika üzrə əhalinin hər 100 nəfərinə düşən telefon aparatlarının sayı 01.07.2010-cu il tarixə 16,1 ədəd, Bakı şəhəri üzrə 34,5 ədəd, respublikanın digər ərazilərində 10,7 ədəd, o cümlədən kənd yerlərində isə 7,0 ədəd təşkil edir.
R.Nəbiyev deyib ki, Azərbaycanda mobil abunəçilərin sayı ilin əvvəlinə nisbətən təxminən 742 min 880 nəfər artaraq 8 milyon 500 min nəfər təşkil edib ki, bu da hər 100 nəfərə 94 mobil abunəçinin düşməsi deməkdir.
“Hazırda Bakı şəhəri ilə yanaşı, respublikanın digər şəhər və rayonlarında genişzolaqlı şəbəkə xidmətlərindən istifadə edən abunəçilərin sayı 79 min 689-a çatdırılıb. 2009-cu ildə internet xidməti tariflərinin ilin əvvəli ilə müqayisədə 6-7 dəfə aşağı salınması və həmçinin 2010-cu I yarımilliyində “Bakinternet” və “Aztelekomnet” internet şəbəkələri üzrə ADSL tariflərinin aşağı salınması nəticəsində respublika üzrə genişzolaqlı internet abunəçilərinin sayı 29 667 nəfər və ya 59.3% artaraq 01.07.2010-cu il tarixdə 79 689-a çatdırılıb”-deyə şöbə müdir bildirb.
Hesabat dövründə əhalinin hər 100 nəfərinə düşən kompüterlərin sayı 12 ədədə, internet istifadəçilərinin sayı isə 41-ə bərabər olub.
Respublika ərazisində TV və radio proqramlarının yayımının keyfiyyətinin yaxşılaşdırılması məqsədilə 2010-cu ilin I yarımilində “Teleradio” İB tərəfindən 19 ədəd müxtəlif təyinatlı avadanlıqlar qurularaq istismara verilib.
Qurulan avadanlıqların 17 ədədi radio-TV vericilərdir ki, bunlardan da 1 ədədi 10 kVt-lıq, 1 ədədi 5 kVt-lıq, 3 ədədi 3 kVt-lıq, 1 ədədi 2,5 kVt-lıq, 2 ədədi 2 kVt-lıq, 2 ədədi 1,5 kVt-lıq, 3 ədədi 1kVt-lıq, 2 ədədi 500 Vt-lıq, 2 ədədi 100 Vt-lıq vericilər və 2 ədəd peyk avadanlığıdır.
2010-cu ilin 6 ayı ərzində respublika üzrə 458 097 ədəd pul baratı qəbul edilib, 457 500 ədəd pul baratı isə ödənilib.
Poçt Filiallarında toplanmış limitdən artıq nağd pulun inkassasiya edilərək Baş Ofisə çatdırılması və əksinə əməliyyatın həyata keçirilməsi üçün 3 ədəd zirehli avtomobillər alınaraq istismara verilib.
2010-cu ilin I yarımili ərzində “Azərmarka” şirkəti tərəfindən 10 mövzuda 20 növ poçt markası, 4 növ markalanmamış poçt zərfi və 6 növ poçt kartı buraxılıb.
Modern.az